Tarantino dramatik filmdə rol alacaq

09:09 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rejissor Kventin Tarantino həmkarı Ceymi Adamsın yeni filmində əsas rollardan birini canlandıracaq.

Hafta.az xəbər verir ki, bu barədə Uelsin "Nation" portalı məlumat yayıb.

Yeni layihənin detalları hələlik açıqlanmasa da, çəkilişlərin aparıldığı Portkoul şəhərində lentə alınan fotoda Tarantino ilə yanaşı, müğənni Kayli Minoqun da olması diqqət çəkib.

Qeyd edək ki, Tarantino daha əvvəl Adamsın "Only What We Carry" adlı filmində də rol alıb. Həmin ekran əsərində onun tərəf-müqabilləri Saymon Peqq və Sofiya Butella olub.

Kventin Tarantino dramatik filmdə rol alacaq - FOTO