Yazını böyüt
Yazını kiçilt
İlin əvvəlindən bəri Ukraynanın Müdafiə Qüvvələrinin pilotsuz sistem bölmələri 800 mindən çox təsdiqlənmiş düşmən hədəfini vurub və təxminən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb.
Hafta.az-ın məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Mixayil Fedorov "Telegram"da açıqlayıb.
"Müdafiə Qüvvələri düşmənin hərbi potensialını sistematik şəkildə zəiflədir - logistikanı pozur və düşmən xətlərinin arxasındakı vacib hədəflərə zərbələr endirir", - nazir qeyd edib.
O, həmçinin may ayının Müdafiə Qüvvələri üçün ən məhsuldar ay olduğunu qeyd edib. Xüsusilə, ay ərzində 181 mindən çox hədəf məhv edilib, 31 min 530 işğalçı isə öldürülüb və ya ağır yaralanıb.