“Koroğlu” ətrafında hərəkət sxemi dəyişir - FOTO

17:47 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın günlərdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ( “Piramida” tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdiriləcək. 

Bu barədə hafta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Bildirilib ki, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq. 

Digər nəqliyyat vasitələri xəritədə göstərilən yeni trayektoriya ilə Milli Gimnastika Arenası və “Koroğlu” dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.

Sxemdə yeni hərəkət trayektoriyaları təqdim olunur: