Salyanda yol qəzası - Xəsarət alanlar var

14:55 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan Elnarə Mehdiyeva, Gülxar Abdulova, Sevil Məmmədova, Səbuhi Həsənov və Könül Eminova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.