Amerikalı aktyor İslamı qəbul etdi

18:53 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Breaking Bad" serialında canlandırdığı "Qas Frinq" obrazı ilə məşhurlaşan amerikalı aktyor Cankarlo Espozitonun Səudiyyə Ərəbistanına səfəri zamanı İslam dinini qəbul etdiyi bildirilib.

Hafta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin rəhbəri Turki Əl-Şeyx açıqlama verib.

Onun sözlərinə görə, Esposito ölkədə həyata keçirilən film çəkilişləri zamanı kəlmeyi-şəhadət gətirərək müsəlman olub və daha sonra çəkiliş heyəti ilə birlikdə məsciddə camaat namazı qılıb.