AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:28 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurası Parlament Assambleyası Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib.

Hafta.az xəbər verir ki, AŞPA-nın 83 deputatı qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.

Qətnamə layihəsində qeyd olunur ki, Gürcüstanda demokratik geriləmə, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və fərqli düşüncəyə qarşı təzyiqlər azalmır.