"Gmail" mövcud olan köhnə hesabları silib

14:45 02.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün "Google" şirkəti "Gmail" elektron poçtunda mövcud olan, lakin iki ildir ki, bir dəfə də olsa istifadə edilməyən hesabları silib.

Bununla da 2 ildən artıq müddətdə istifadə olunmayan hesablar silinib.

Qeyd edək ki, "Google" bu hesabların silinməməsi üçün istifadəçiləri məlumatlandırmışdı. Şirkətin son bəyanatında da qeyd olunmuşdu ki, iki ildən artıqdır ki istifadə olunmayan hesabların silinməməsi üçün istifadəçilərin sadəcə olaraq bir dəfə "Gmail" üzərindən elektron poçtlarına daxil olması kifayətdir.

Oxunma sayı 71