Yazını böyüt
Yazını kiçilt
Müzəffər Azərbaycan ordusu tarixi şəhərimiz, xalqımızın qürur mənbəyi olan Şuşanı işğaldan azad etdikdən sonra bütün dünyadan təbrik mesajları almaqdayıq.
Hafta.az yazır ki, təbrik mesajlarından birini də İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya yayımlayıb. İraq türkmənlərinin milli-mənəvi lideri olan R.Sarıkahyanın təbrik mesajında deyilir:
"29 il aradan sonra Azərbaycanın Şuşa şəhərinin azad edilməsi xəbəri hər birimizi hədsiz sevindirdi. Bu münasibətlə bütün türk-İslam dünyasının gözləri aydın! Qəhrəman Azərbaycan ordusunu cani-qəlbdən təbrik edirəm, Allahdan hər zaman zəfər qazanmasını diləyirəm. Hesab edirəm ki, işğalçı Ermənistan öz ordusunu Azərbaycan torpaqlarından çıxarmalı və bölgədə daimi sülhü bərqərar etmək vacibdir".