"Xocalı: Şahidlər danışır" kitabı qırğız dilində

15:04 26.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya Ədalət" kampaniyası çərçivəsində yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin 2018-ci ildə qələmə aldığı "Xocalı: Şahidlər danışır" kitabı Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun təşəbbüsü ilə qırğız dilinə tərcümə olunub.

Hafta.az xəbər verir ki, Qırğızıstanda səfərdə olan müəllif Bişkekdə bir sıra görüşlər keçirib. O, Qırğızıstan Milli Yazıçılar İttifaqında tanınmış şair və yazıçılarla, Alıkul Osmonov adına Qırğız Respublikası Milli Kitabxanasının, Bişkek şəhər kitabxanalar şəbəkəsinin rəhbərlikləri və oxucularla görüşlər keçirib, Xocalı haqqında onlara geniş məlumat verib.

İradə Əlili Qırğızıstanın Bişkek şəhərində Alıkul Osmonov adına Qırğız Respublikası Milli Kitabxanasına, Bişkek şəhər kitabxanalar şəbəkəsinə və Qırğızıstan Milli Yazıçılar İttifaqına müəllifi olduğu "Xocalı: Şahidlər danışır" kitabının nüsxələrini hədiyyə edib.

Soyqırımı həqiqətlərinin tanınması məqsədilə qırğız dilində olan bu kitabda həmin faciənin şahidi olmuş Xocalıda yaşayan şahidlərin öz dili ilə faktlara əsaslanan bu kitab qırğız oxucusuna təqdim olunub.