Nikolas Maduronun məhkəməsinin tarixi məlum oldu

14:24 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkoterrorizm, silah və narkotik qaçaqmalçılığında təqsirləndirilən Venesuelanın sabiq rəhbəri Nikolas Maduronun işi üzrə məhkəmə prosesi iyulun 22-də Nyu-Yorkda baş tutacaq.

Hafta.az xəbər verir ki, əvvəlcə məhkəmə iclasının iyun ayının 30-na təyin edilməsi nəzərdə tutulmuşdu. Ancaq iyunun 16-da prokurorluq prosesin üç həftəlik təxirə salınması üçün vəsatət qaldırıb. Prokuror Cey Kleyton bu addımı logistika, planlaşdırma problemlərinin həlli və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurəti ilə əlaqələndirib.

Nyu-Yorkun Cənub Dairə Məhkəməsinin hakimi Elvin Hellerştayn prokurorluğun bu tələbini qəbul edib.

Qeyd edək ki, yanvarın 3-də Amerika Birləşmiş Ştatları Venesuelada irimiqyaslı əməliyyat reallaşdırıb və bunun nəticəsində Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. Donald Tramp Maduro və Floresin Birləşmiş Ştatlara təhdid yaratmaq və narkoterrorizm ittihamları üzrə hakim qarşısına çıxacaqlarını vurğulayıb. Ölkənin müvəqqəti lideri kimi isə vitse-prezident Delsi Rodriges elan olunub./"RİA Novosti"/