Yazını böyüt
Yazını kiçilt
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev iyulun 31-də Zərdab rayonunda sakinləri qəbul edəcək.
Bu barədə Hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqəli tədbirlər görüləcək.
Qeyd olunub ki, iyulun 22 – 27-də vətəndaşlar nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.