"Yüksəliş" müsabiqəsinin VI mövsümünün final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb.
Hafta.az xəbər verir ki, VI mövsümün ən gənc qalibinin 24, ən yaşlı qalibinin isə 38 yaşı var.
Qalib adını qazanan iştirakçıların 15 nəfərini kişilər, 5 nəfərini isə qadınlar təşkil edir.
Yaş qrupları üzrə aparılan təhlilə əsasən, ən yüksək göstərici 21–30 yaş aralığında qeydə alınıb. Qaliblərdən 11 nəfəri 21–30, 9 nəfəri isə 31–40 yaş qrupuna daxildir.
İqtisadi rayonlar üzrə nəticələrə əsasən, ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb və qaliblərdən 9 nəfəri paytaxtı təmsil edir. Digər qaliblərdən 3 nəfəri Qazax–Tovuz, 2 nəfəri Qarabağ, hər biri 1 nəfər olmaqla Mil–Muğan, Lənkəran–Astara, Şirvan–Salyan, Şərqi Zəngəzur, Abşeron–Xızı və Quba–Xaçmaz iqtisadi rayonlarını təmsil edir.
Bakalavriat pilləsi üzrə qaliblər əsasən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarıdır.
Magistratura pilləsi üzrə uğur qazanan iştirakçılar arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, EU Business School Barcelona, Massachusetts Institute of Technology və Stockholm Universitetinin məzunları üstünlük təşkil edir.
Doktorantura və aspirantura səviyyəsi üzrə təhsil alan bir qalib isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Bakalavriat səviyyəsi üzrə nəticələrə əsasən, qaliblərin hər biri ali təhsilini Azərbaycanda alıb. Belə ki, 20 qalibin hamısı bakalavriat təhsilini ölkə daxilində başa vurub.
Magistratura səviyyəsi üzrə göstəricilər də diqqət çəkir. Ümumilikdə 16 qalib magistratura təhsili alıb. Onlardan 10 nəfəri magistratura təhsilini Azərbaycanda, 5 nəfəri xarici ölkələrdə, 1 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə davam etdirib.
Doktorantura və aspirantura səviyyəsində təhsil alan 1 qalib təhsilini Azərbaycanda alıb.
Qaliblərin fəaliyyət göstərdikləri sektorlar üzrə bölgüsünə əsasən, iştirakçıların 50 faizi dövlət sektorunu, 45,45 faizi özəl sektoru, 4,55 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir.
VI "Yüksəliş" müsabiqəsinin qaliblərinin adları aşağıdakılardır:
Xasayev Faiq Əmir oğlu
Əliyev Hikmət Fazil oğlu
Lətifli Röyal Şahid oğlu
Mirzəyev Əlizamin Mehman oğlu
Məcidli Famil Sərdar oğlu
Mansurova Sevda Faiq qızı
Şahbazov Şirin Məhəmməd oğlu
Klıçev Klıç Ağarəhim oğlu
İbrahimov Elbrus Mirnəsib oğlu
Fərzəliyev Əlizadə Ərəstun oğlu
Bayramova Nəzakət Vüqar qızı
Məlikov Seyid Avtandil oğlu
Əlizamanlı Anar Mehman oğlu
Məmmədrzayev Elmar Ehtibar oğlu
Əliyev Elnur Ceyhun oğlu
Nadirov Fərid İlham oğlu
Abbasova Fidan Sahib qızı
Cəlilova Ləman Natiq qızı
Rzazadə Mətanət Şəhriyar qızı
Babayev Rüfət Müzəffər oğlu