“Yüksəliş”lə bağlı narahatedici məqam

16:27 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsində iştirak edən xanımların sayının az olması təşkilatçıların diqqət çəkdiyi məqamlardan biri olub.

Hafta.az xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində keçirilən final mərhələsinin açılış mərasimində “Yüksəliş” işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, müsabiqədə ənənəvi olaraq qadın iştirakçıların sayı az olur və bu tendensiya narahatlıq doğurur.

F.Hacıyev qeyd edib ki, finalçıların əsas hissəsini 21-30 yaş aralığında olan gənclər təşkil edir. Təhsil göstəricilərinə gəlincə, iştirakçılar arasında 121 nəfər bakalavr, 61 nəfər magistr, 12 nəfər isə doktorantura səviyyəsində təhsil alır.

O əlavə edib ki, universitetlər üzrə məzun statistikası baxımından ilk sıralarda Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası və Dövlət İdarəçilik Akademiyasının məzunları yer alır.

“Yarımfinal mərhələsində dövlət sektorunu təmsil edən iştirakçılar üstünlük təşkil etdiyi halda, finalda özəl sektor nümayəndələrinin sayı daha çoxdur”.