Böyük Britaniyada hakim Leyboristlər Partiyası bu gün keçiriləcək xüsusi konfransda yeni liderini seçəcək.
Hafta.az xəbər verir ki, Endi Börnham partiyanın yeni sədri elan olunacaq. O, iyulun 20-də Baş nazir vəzifəsini Kir Starmerdən təhvil alacaq.
Endi Börnham liderlik yarışında yeganə namizəddir. O, Leyborist deputatların geniş dəstəyini qazandığı üçün başqa namizəd irəli sürülməyib. Endi Börnhamın çıxışında hökumətinin əsas prioritetlərinin ölkənin bütün bölgələrində iqtisadi artımın sürətləndirilməsi, yerli icmalara daha çox səlahiyyət verilməsi və uzun illər diqqətdən kənarda qalmış problemlərin həlli olacağını bəyan etməsi gözlənilir. O, həmçinin iqtisadiyyatın yenidən canlandırılması, dövlətin strateji sahələrdə rolunun artırılması və sənayeləşmənin bərpasına əsaslanan yeni inkişaf proqramını təqdim edəcək.