Netanyahunun ABŞ səfəri təxirə salınıb

10:49 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrailin Baş naziri Benyamin Netanyahunun gələn həftə ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb.

Hafta.az xəbər verir ki, bu barədə İsrailin i24 televiziya kanalı mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, səfərin təxirə salınmasına ABŞ Prezidenti Donald Trampla görüşün tarixinin razılaşdırılmaması səbəb olub. Bildirilir ki, tərəflər arasında görüşün gündəliyi və gözlənilən nəticələri ilə bağlı da razılıq əldə edilməyib.

İsrail Baş nazirinin ofisi isə səfərin təxirə salınmasını ABŞ senatoru Lindsi Qrehemin dəfn mərasiminin tarixində baş verən dəyişikliklə əlaqələndirib. Bununla yanaşı, i24-ün məlumatına görə, qərara Vaşinqton və Tehran arasında diplomatik vəziyyətin mürəkkəbləşməsi də təsir göstərib.