Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp Çinin 2020-ci ildə 220 milyon amerikalı seçicinin məlumatlarına qanunsuz çıxış əldə etdiyini iddia edib.
Hafta.az xəbər verir ki, Tramp Ağ Evdən televiziya ilə xalqa müraciətində məlumat sızması nəticəsində adlar, ünvanlar, telefon nömrələri, siyasi mənsubiyyət və digər həssas məlumatların ələ keçirildiyini bildirib.
Çinin Vaşinqtondakı səfirliyi isə bu iddiaları rədd edib. Diplomatik nümayəndəliyin sözçüsü Liu Çanqın sözlərinə görə, Çin digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiqdir və ABŞ prezident seçkilərinə heç vaxt müdaxilə etməyib, etməyəcək.