Tramp Netanyahunun bu açıqlamasından narazı qalıb

10:57 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 qırıcılarının mümkün satışı ilə bağlı tənqidindən narazı qalıb.

Hafta.az xəbər verir ki, bu barədə “Axios” Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Tramp Netanyahunun bu ayın əvvəlində “Fox News”a müsahibəsində Türkiyəyə F-35 təyyarələrinin verilməsinə qarşı çıxmasından sonra qəzəblənib. Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti bu məsələyə müdaxilə etməyin Netanyahunun səlahiyyətində olmadığını hesab edir.

Daha əvvəl Netanyahu Türkiyəyə F-35 qırıcılarının verilməsinin Yaxın Şərqdə qüvvələr balansını poza biləcəyini bildirmişdi. “Axios” yazır ki, o, telefon danışığında da Trampdan Ankaraya yeni silah sistemlərinin verilməsindən çəkinməsini xahiş edib.

Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra F-35 proqramından çıxarılmışdı. ABŞ administrasiyası isə Ankaraya F-35-lərin mümkün satışı ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirib.