“Sabah”ın futbolçusu: “KuPS”la oyunlara ciddi hazırlaşacağıq”

19:42 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sabah” futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı Finlandiya təmsilçisi “KuPS”la oyunlara ciddi hazırlaşacaq”.

Hafta.az bildirir ki, bu sözləri “Sabah” futbol klubunun yarımmüdafiəçisi Umarali Raxmonaliyev deyib.

O, qitənin bir nömrəli klub turnirindəki növbəti rəqib haqqında danışıb: “Bu turnirdə ölkə çempionları mübarizə aparır. Çempionlar Liqasının təsnifat mərhələsində bizi asan rəqiblər gözləmir. Bu səbəbdən qarşıya qoyulan hədəfə çatmaq üçün bu matça da ciddi hazırlaşacağıq”.

Xatırladaq ki, “Sabah” “KuPS” ilə ilk matçını iyulun 21-də Bakıda keçirəcək.