Kəlbəcərdə çaya düşən uşağın meyiti tapıldı

16:27 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcərin Çəpli kəndində çaya düşən 11 yaşlı uşağın meyiti tapılıb.

Hafta.az xəbər verir ki, Yaqub Zabil oğlu Abutalıbovun cansız bədəni dalğıc-xilasedicilər tərəfindən aşkar edilib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma başlanılıb.