Yazını böyüt
Yazını kiçilt
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandasının üzvü Mehri Ağayeva gümüş medal qazanıb.
Hafta.az xəbər verir ki, idmançı qızlar arasında E qrupunda 1 metr tramplindən tullanma yarışında 115,20 xal toplayaraq 15 iştirakçı arasında ikinci yeri tutub.
Qeyd edək ki, Mehri Ağayeva ötən il eyni yarışda və eyni növdə 72,95 xalla 11-ci olmuşdu.
İyulun 17-dək davam edəcək turnirdə 15 ölkədən 187 idmançı mübarizə aparır. Azərbaycan yarışda Alisa Hacıyeva, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva, Məhəmməd Hüseynov, Sofiya Ağayeva və Suada Tahirin yer aldığı 7 nəfərlik heyətlə təmsil olunur.