Rusiyalı cütlük Ayasofyada İncil oxuduqlarına görə saxlanıldı

10:55 16.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşları Viktoriya və İqor Filonovlar İstanbuldakı Ayasofya məscidinə baş çəkərkən İncil oxuduqlarına görə saxlanılıblar. Onlara qarşı Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsi olan "ictimaiyyətə qarşı nifrət və düşmənçiliyə təhrik etmə və ya təhqir" maddəsi ilə istintaq başlanıb. Cütlük deportasiyanı gözləyən deportasiya mərkəzinə göndərilib.

Hafta.az yazır ki, “Komsomolskaya Pravda”nın məlumatına görə, Rusiyanın İstanbuldakı Baş Konsulluğu dünən gecə cütlüyün hazırda deportasiya mərkəzində olduğunu, Türkiyə immiqrasiya orqanlarının deportasiya prosesi ilə bağlı qərar üzərində işlədiyini açıqlayıb. Konsulluq hadisələri yaxından izlədiklərini bildirib.

Konsulluq rəsmiləri hadisədən sonra saxlanma prosesi ilə bağlı məlumat almaq üçün Fatih Rayon Polis İdarəsi ilə əlaqə saxladıqlarını bildiriblər. Bəyanatda əlavə edilib ki, rus diplomatlar saxlanılanların vəkili, and içmiş tərcüməçi və Türkiyə hakimiyyəti ilə daim əlaqə saxlayırlar. İstanbul Polis İdarəsi əvvəllər saxlanmanı təsdiqləsə də, istintaq barədə ətraflı məlumat verməyib.