Yazını böyüt
Yazını kiçilt
Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumun qarşısını alır.
Hafta.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bəyanatda bildirilir ki, Küveytin HHM qüvvələri İran tərəfindən həyata keçirildiyi iddia olunan pilotsuz uçuş aparatlarının hücumunu dəf edir.
Baş Qərargah paytaxt və digər ərazilərdə eşidilən partlayış səslərinin HHM sistemlərinin fəaliyyəti ilə əlaqədar olduğunu vurğulayıb və vətəndaşları aidiyyəti qurumların təhlükəsizliklə bağlı göstərişlərinə ciddi əməl etməyə çağırıb.