"ABŞ İranın xoşməramlı jestini yüksək qiymətləndirir"

08:27 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran 2024-cü ilin dekabr ayında yuxulu Co Baydenin prezidentliyi dövründə haqsız yerə həbs edilən Amerika vətəndaşının ölkəni tərk etməsinə icazə verib.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.

Tramp bildirib ki, o, hazırda İrandan kənarda təhlükəsiz şəkildədir və yaxşı vəziyyətdədir. “Amerika Birləşmiş Ştatları İranın bu xoşməramlı jestini yüksək qiymətləndirir”, - deyə Tramp əlavə edib.