Magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları başlanıb

18:21 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bülbül adına orta ixtisas musiqi məktəbində magistratura səviyyəsinin 68 nömrəli (musiqi sənəti istiqaməti) proqramı üzrə qabiliyyət imtahanı təşkil olunub.

Bu barədə hafta.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, qrafikə əsasən, 70 nömrəli (təsviri sənət) proqramı üzrə qabiliyyət imtahanı iyulun 17-də, 69 nömrəli (teatr, kino və xoreoqrafiya) proqramı üzrə isə iyulun 19-da keçiriləcək.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları ilə bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 2026-cı ildə nəşr olunan xüsusi buraxılışlarında yer alıb.