Yazını böyüt
Yazını kiçilt
İyulun 16-dan etibarən M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Hafta.az-a bildirilib ki, marşrutun Maştağa qəsəbəsi istiqamətində hərəkət sxemi dəyişdirilərək Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi – Ağa Nemətulla küçəsi – Heydər Əliyev prospektinin kənar yolu – Mirzə Qədim İrəvani küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin kənar yolu ilə təşkil olunacaq.
Daha sonra isə yoluna mövcud hərəkət sxemi ilə davam edəcək.