Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

09:38 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.

Hafta.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, səfər çərçivəsində iyulun 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.