Ölkə çempionu 6-cı diviziona göndərilib

20:22 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın "Bordo" klubu növbəti mövsümdən ölkə çempionatının 6-cı divizionunda çıxış edəcək.

Hafta.az xəbər verir ki, Fransa Futbolunun Nəzarət və İdarəetmə Milli Direktorluğu klubun apellyasiya şikayətini rədd edib.

Bildirilir ki, "Bordo" 2026/2027 mövsümü üçün tələb olunan maliyyə zəmanətlərini təqdim edə bilməyib. Bunun nəticəsində qurum "Bordo"nun bütün milli yarışlardan kənarlaşdırılması barədə qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, "Bordo" son iki mövsümü Fransa futbolunun dördüncü divizionunda keçirib. Klub 2024-cü ildə də maliyyə problemlərinə görə aşağı liqaya göndərilmişdi.

Xatırladaq ki, "Bordo" Fransa çempionatının 6 qat qalibi, 2008/2009 mövsümündə Liqa 1-in çempionu olub. Bundan başqa, "Bordo" 4 dəfə Fransa Kubokunu qazanıb.