"Sabah" Uels klubunu məğlub etdi

23:24 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Hafta.az xəbər verir ki, rəqib Uelsin TNS komandası olub.

Matç "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız ÇL-in 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. Burada rəqibimiz "Kups" (Finlandiya) olacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

TNS (Uels) - "Sabah" (Azərbaycan) - 1:2 

Qollar: Coy Lens Mikels, 27 (0:1), Rəhman Daşdəmirov, 42 (0:2) - Lok, 89 (1:2)

İlk oyun - 0:2