Filippində güclü zəlzələ

21:18 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Filippinin cənubunda 6,2 maqnitudalı zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarında bildirilib.

Qeyd olunub ki, zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib. Episentri təxminən 679 min nəfər əhalisi olan General-Santos şəhərindən 87 km cənubda və Saranqani bələdiyyəsindən 34 km qərb-cənub-qərbdə olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.