Gürcüstanda xüsusi əməliyyat - Saxlanılanlar var

13:09 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyi ölkə ərazisində xüsusi əməliyyat keçirib.

Hafta.az xəbər verir ki, bu barədə agentliyin direktoru Emzar Qaqnidze bu gün keçirdiyi brifinqdə məlumat verib.

Bildirilib ki, Gürcüstanın 9 bölgəsində aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində rüşvətxorluq, saxta rəsmi sənədlərin hazırlanması, satışı və qrup şəklində kommersiya rüşvəti, dövlət vəsaitlərinin və torpaq sahələrinin saxtakarlıqla mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla 14 müxtəlif cinayət işinə görə ümumilikdə 28 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.