Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verildi

10:50 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən 2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test imtahanı mərhələsi başlanır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Hafta.az-a bildirilib ki, test imtahanları iyulun 14-dən 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.

Namizədlər imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatı şəxsi kabinetləri vasitəsilə əvvəlcədən əldə ediblər.

Test imtahanında namizədlərin ixtisas bilikləri, tədris metodikası və pedaqoji yanaşmalar üzrə hazırlıq səviyyəsi qiymətləndirilir.

Müsabiqənin növbəti mərhələlərinə test imtahanında müəyyən edilmiş keçid balını toplayan namizədlər buraxılacaqlar.