Birləşmiş Ərəb Əmirliklərinə məxsus iki tanker Hörmüz boğazının Oman sahilləri tərəfindən keçən hissəsində vurulub.
Hafta.az BƏƏ-nin Müdafiə Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, Mombasa və əl-Bahiyə gəmiləri İran tərəfindən atıldığı bildirilən iki qanadlı raketlə vurulub. Hücum nəticəsində Mommbasa tankerinin ekipaj üzvlərindən biri ölüb, 8 nəfər isə yaralanıb. Onların altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşlarıdır. Ölən şəxsin də Hindistan vətəndaşı olduğu bildirilir.
Qeyd olunur ki, hücum nəticəsində gəmilərdə yanğın başlanıb.
BƏƏ hücumu kəskin pisləyib və əməllərə cavab vermək, xalqını, eləcə də suverenliyini, təhlükəsizliyini və sabitliyini, milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.