Tramp hələ də İranla razılaşmanı mümkün sayır

09:42 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Vaşinqton ilə Tehran arasında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasına baxmayaraq, razılaşmanın hələ də mümkün olduğunu bildirib.

Hafta.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin İranla bağlı suallarını cavablandırarkən danışıb. “Bəli, düşünürəm ki, razılaşma mümkündür”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, mövcud gərginliyə baxmayaraq, Vaşinqton və Tehran arasında diplomatik razılığın əldə olunması ehtimalı qalmaqdadır.