Dünya çempionatında 60 ölkənin güləşçiləri iştirak edəcək

19:57 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında iştirak üçün indiyədək qeydiyyatdan keçən ölkələrin sayı məlum olub.

Azərbaycan Güləş Federasiyasından hafta.az-a bildirilib ki, ilkin iştirak ərizələrinə əsasən, turnirdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə ümumilikdə 60 ölkədən 669 idmançı mübarizə aparacaq.

Qeyd edək ki, U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.