“Gəncə” klubu braziliyalı voleybolçunu transfer edib

13:57 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Gəncə” komandası yeni voleybolçu transfer edib.

Hafta.az xəbər verir ki, bölgə təmsilçisinin bildirilib ki, braziliyalı voleybolçu Ariadne Ramosla müqavilə imzalanıb.

Braziliya və Peruda çıxış etmiş təcrübəli oyunçunun son klubu vətənində “ASV Hornets” komandası olub.

Qeyd edək ki, “Gəncə” daha əvvəl Leyla Parşkova, Ellen Luvizetti Lakava, Militsa Vukoviç və Olena Napalkova ilə də müqavilə bağlayıb. Bundan əlavə, Mellisa Rangel ilə əməkdaşlığın müddəti uzadılıb.