Çin Hörmüz boğazında sərbəst gəmiçiliyi təmin etməyə çağırıb

13:00 13.07.2026
Yazını böyüt
Yazını kiçilt

Çin bazar ertəsi günü ABŞ ilə İran arasında yenidən hərbi hücumlar fonunda Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidin tənin edilməsi çağırışını təkrarlayıb.

Hafta.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian Pekində jurnalistlərə bildirib: “Hörmüz boğazı beynəlxalq naviqasiya marşrutudur. Boğazda erkən tarixdə sərbəst və təhlükəsiz keçidin bərpası bütün tərəflərin maraqlarına xidmət edir. O əlavə edib ki, boğazdan keçid düzgün şəkildə idarə olunmalıdır.

Pekinin açıqlaması ABŞ və İranın bazar ertəsi günü yenidən cavab zərbələri endirdiyini iddia etməsindən sonra verilib.

İranın dövlət televiziyası IRIB-in məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ hərbi obyektlərini və qonşu Omandakı radar sistemlərini hədəf alıb.

Daha əvvəl ABŞ ordusu İranın Hörmüz boğazından beynəlxalq gəmiçiliyə hücum etməyə davam etmək qabiliyyətini zəiflətmək məqsədilə onlarla hərbi obyekti hədəf alaraq, yeni hücum dalğasını tamamladığını bildirib.

İyulun 13-də Tehranda keçirilən mətbuat konfransında İran XİN-in sözçüsü İsmayılı Bəqai bildirib ki, Vaşinqton öhdəliklərini pozmağa davam etdiyi müddətcə Tehran da Pakistanın vasitəçiliyi ilə ABŞ ilə anlaşma memorandumu çərçivəsində öhdəliklərini yerinə yetirməyəcək. O deyib: “Əvvəldən demişik ki, bu, “öhdəlik müqabilində öhdəlik” məsələsidir. Əgər digər tərəf (ABŞ) öz öhdəliklərinə əməl edərsə, biz də üzərimizə düşəni yerinə yetirəcəyik”.

Siyasət rubrikasından digər xəbərlər