“Bavi” tayfununda ölənlərin sayı 135 nəfərə çatıb

09:47 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tayvanda “Bavi” tayfununun törətdiyi fəlakət nəticəsində həlak olanların sayı 135 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, güclü yağışlar bir sıra bölgələrdə ciddi dağıntılara səbəb olub, yollar bağlanıb, nəqliyyatın hərəkəti pozulub və infrastruktur zərər görüb.

Tayfunun təsiri zamanı 247 mindən çox ev təsərrüfatı elektrik enerjisiz qalıb. Hazırda əksər ərazilərdə elektrik təchizatı bərpa edilib, aviasiya və dəniz nəqliyyatı isə normal fəaliyyətini davam etdirir.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi tayfunun adadan uzaqlaşdığını bildirərək onunla bağlı bütün xəbərdarlıqları ləğv edib./“Focus Taiwan”/