Rusiya almaz istehsalında liderliyini qoruyur

10:14 13.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya 2025-ci ildə qlobal almaz istehsalında lider mövqeyini möhkəmləndirib. Ölkə bir daha sektorda həlledici gücünü nümayiş etdirərək ümumi dünya istehsalının təxminən üçdə birini təşkil edib.

Hafta.az yazır ki, Rusiyanın 2025-ci ildə almaz istehsalı 31,5 milyon karata çatıb. Bu rəqəm əvvəlki illə müqayisədə 15,6 faiz azalma olsa da, ölkənin lider mövqeyini sarsıtmaq üçün kifayət etməyib.

Eyni dövrdə qlobal almaz istehsalı 8,4 faiz azalaraq təxminən 99 milyon karata düşüb.

Rusiyadan sonra ən çox almaz istehsal edən ölkələr aşağıdakılardır:

Botsvana, Anqola,Kanada, Konqo Demokratik Respublikası.

Bu ölkələrin reytinqi 2024-cü illə müqayisədə dəyişməyib.