İranlı komandir: PUA istehsalını üçqat artırdıq

10:18 13.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran müdafiə nazirinin müavini briqada generalı Seyid Məcid Əbnol Rza Müdafiə Nazirliyi rəsmiləri ilə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri arasında keçirilən birgə görüşdə çıxış edib. Ölkəsinin texnologiyaya qoyulan investisiyalar sayəsində müharibə dövründə PUA istehsalını üçqat artırdığını bildirən Rza deyib: "Son müharibə göstərdi ki, İranın müasir texnologiyalara qoyulan investisiyaları ölkənin müdafiə qabiliyyətinin ən vacib komponentləridir".

Hafta.az yazır ki, Rzanın sözlərinə görə, İran həm 12 günlük müharibə, həm də son müharibə zamanı hərbi və psixoloji müharibə texnologiyaları ilə üzləşib və dünyanın 150-dən çox aparıcı texnologiya şirkətinin ABŞ və İsrailin xidmətində olub. Bütün bunlara baxmayaraq, o, ölkəsinin hər iki müharibədə uğur qazandığını iddia edib. ABŞ və İsrailin bütün zəif cəhətlərini müəyyən etdiklərini vurğulayan Rza, İran Silahlı Qüvvələrinin "düşmənə" nə vaxt və nə dərəcədə təzyiq göstərəcəyini bildiyini bildirib. Briqada generalı Rza əlavə edib ki, ölkəsi bütün elementləri ilə birlikdə hər hansı potensial hücuma hazırdır.