907-ci düzəliş Konqresin Azərbaycana qarşı ədalətsiz addımı idi – İlham Əliyev

10:09 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“907-ci düzəliş ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz bir addımı idi. Bu, 1992-ci ildə baş verdi”.

Hafta.az yazır ki, bu barədə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.

“Azadlığa Dəstək Aktı ABŞ Konqresi qəbul olunanda Sovet İttifaqının süqutundan sonra yeni müstəqil ölkələrə maliyyə yardımının göstərilməsi ilə bağlıdır. 907-ci düzəliş isə ermənipərəst senatorlar tərəfindən irəli sürüldü. Yeri gəlmişkən, Prezident Bayden onlardan biridir, o, həmin vaxt senator idi. Bu səbəbdən biz Bayden administrasiyası vaxtında bu qədər çətinliklərlə üzləşdik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Dövlət başçısı deyib ki. Azərbaycan və Ermənistan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və ardıyla da Azərbaycan Ermənistana olan məhdudiyyətləri birtərəfli qaydada tam aradan qaldırdı.

Prezident bildirib ki, Rusiyadan, Qazaxıstandan və digər yerlərdən Ermənistana 40 min tondan artıq müxtəlif yük daşınıb. Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz edilməsinə başlayıb, 10 min tondan artıq məhsul artıq daşınıb. Xüsusən də indiki dövrdə bir çox ölkələr yanacaq mənbəyinə çıxışdan əziyyət çəkir və Ermənistan isə Azərbaycan kimi etibarlı mənbəyə əsaslanır. Əgər bu olmasaydı, onlar qazı və dizeli dünyanın digər yerlərindən axtarmalı olmalı idilər. Bütün bunlar onu göstərir ki, düzəliş (907-ci – red.) tam köhnəlib və tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir.

Siyasət rubrikasından digər xəbərlər