Yazını böyüt
Yazını kiçilt
ABŞ-nin İrana qarşı həyata keçirdiyi yeni hava zərbələri zamanı ölkənin 13 şəhəri hədəf alınıb.
Hafta.az xəbər verir ki, zərbələr Abadan, Əhvaz, Bəndər-Abbas, Bəndər-Məhşəhr, Behbəhan, Buşehr, Cask, Dezful, Qeşm, Sirik, Xondab, Xorrəmşəhr və Endimeşk şəhərlərinə endirilib.
Hava hücumları nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı İrandakı hədəflərə qarşı yeni zərbələr dalğasının başladığını açıqlamışdı./“NourNews”/