Nəbatat Bağının iş saatları uzadıldı

14:41 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Nəbatat Bağının iş saatları vətəndaşların müraciət və təklifləri nəzərə alınaraq uzadılıb.

Hafta.az xəbər verir ki, bu barədə Nəbatat Bağından bildirilib.

Qeyd edilib ki, əvvəllər bağ ziyarətçiləri hər gün saat 09:00-dan 18:00-dək qəbul edirdisə, artıq giriş saat 19:00-dək mümkün olacaq.

Məlumata görə, kassalar hər gün saat 19:00-dək fəaliyyət göstərəcək. Ziyarətçilər isə bağın ərazisini saat 21:00-dək tərk edə biləcəklər.