Travel + Leisure-ın ənənəvi "Dünyanın Ən Yaxşıları" mükafatları 207 min oxucunun səsverməsi əsasında qalibi elan edib.
Hafta.az yazır ki, tarixi və bədii quruluşu ilə valeh edən Meksikadakı San Miguel de Allende şəhəri, dünyanın ən yaxşı şəhəri seçilmək üçün rəqiblərini geridə qoydu. Avropa şəhərlərinin ümumilikdə ilk 10-luğa düşmək üçün mübarizə aparması diqqətəlayiq hal idi.
Meksikanın Guanajuato bölgəsində yerləşən, müstəmləkə dövrü memarlığı, canlı incəsənət səhnəsi və unikal mədəniyyəti ilə seçilən San Miguel de Allende, səsvermədə iştirak edən 200.000-dən çox oxucunun sevimlisi oldu. İlk 5-likdə yer alan digər şəhərlər əsasən Asiyadandır:
San Miguel de Allende (Meksika). Kyoto (Yaponiya), Çiang May (Tailand), Hoy An (Vyetnam), Oaxaka (Meksika).
Bunlardan əlavə: Banqkok, Qüds, Siem Reap, Mexiko, Tokio.
Siyahıya başçılıq edən Florensiyanı klassik Mərkəzi Avropa gözəllikləri və İberiya yarımadasındakı məşhur yerlər izləyir:
Florensiya, Praqa, Zalsburq, Krakov, Porto, Lyublyana, Roma, Funşal, Brügge, Sevilya, Vyana, Lissabon, Madrid, Siena, Budapeşt.