Qlobal iqtisadiyyata inflyasiya təhlükəsi var

09:10 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri qlobal iqtisadiyyat üzərində inflyasiya təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.

Hafta.az “Financial Times” qəzetinə istinadla xəbər verir ki, fondun analitiklərinin fikrincə, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması qlobal inflyasiyanı artıra və təchizat zəncirlərini poza bilər. Fond 2026-cı ildə inflyasiya proqnozunu 4,7 faizə qaldırıb və artım proqnozunu 3 faizə endirib. Dezinflyasiya tendensiyası dayanıb və mərkəzi banklar faiz dərəcələrini artırmağa məcbur ola bilərlər.

BVF-nin hesabatında deyilir ki, "qlobal iqtisadiyyat üçün ən təcili risk" Yaxın Şərqdəki hadisələrlə bağlıdır. Geosiyasi gərginliyin yenidən artması iqtisadi artıma zərər verə və inflyasiya təzyiqlərini yüksəldə bilər.