Yazını böyüt
Yazını kiçilt
Dövlət Miqrasiya Xidmətinə cari ilin ilk 6 ayı ərzində vətəndaşlıq məsələləri ilə bağlı (Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və vətəndaşlıqdan çıxma ilə bağlı) 209 müraciət daxil olub.
Hafta.az bildirir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Həmçinin bildirilib ki, I yarımili ərzində vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 6328, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı isə 5087 müraciət daxil olub.