“Araz-Naxçıvan”ın ÇL-dakı rəqibləri müəyyənləşib

16:22 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasında 2026-2027-ci illər mövsümünün ilk püşkatma mərasimi keçirilib.

Hafta.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan” əsas mərhələnin B yolunda mübarizəyə başlayacaq.

Komandanın yer aldğı 5-ci qrupun oyunları Polşada keçiriləcək.

“Qırmızı-ağlar” “Piast”, eləcə də ilkin mərhələnin C (“Buba Mara” Bosniya və Herseqovina, “GİU” (Gürcüstan), “Utleyra İdrettslag” (Norveç), LYNX (Cəbəllütarıq) və E (“Veilimdorf”, Almaniya, “Tallinin” (Estoniya), “Unisport” Ermənistan, “Reykyavik” (İslandiya) qruplarının qalibləri ilə üz-üzə gələcək.

Əsas mərhələnin oyunları oktyabrın 27-də noyabrın 1-dək keçiriləcək. Yalnız qrup qalibi olan komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.