“Çelsi”nin sabiq baş məşqçisinin yeni klubu

15:20 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın "Paris" klubu baş məşqçi postuna Liam Rosenyoru təyin edib.

Hafta.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı ingiltərəli mütəxəssis bu vəzifədə Antuan Kombuareni əvəzləyib.

Tərəflər arasında müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Liam Rosenyor iyulun 9-dan etibarən komandanın başında olacaq. O, son olaraq İngiltərənin “Çelsi” kollektivində çalışıb.

Qeyd edək ki, "Paris" ötən mövsüm Fransa çempionatını 34 oyundan 44 xalla 11-ci pillədə başa vurub.