Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Assambleyanın Haaqada keçirilən sessiyası çərçivəsində ABŞ nümayəndə heyətinin rəhbəri, konqresmen Co Vilson ilə görüşüb.
Hafta.az xəbər verir ki, Q.Məmmədov konqresmeni ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər iki ölkənin rəhbərləri arasında qarşılıqlı etimada və hörmətə əsaslanan şəxsi münasibətləri, yüksəksəviyyəli dialoqu, ABŞ-nin bölgədə sülhün və əməkdaşlığın bərqərar olmasına töhfələrini, habelə ikitərəfli münasibətlərin möhkəmlənməsini məmnuniyyətlə qeyd ediblər.
Görüş zamanı, həmçinin ATƏT Parlament Assambleyasının 2027-ci ildə ABŞ-də keçirilməsi gözlənilən illik sessiyası və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.