NASA-nın “Perseverance” roverindən istifadə edən alimlər Marsda aşkar edilən bəzi üzvi karbon nümunələrinin - bütün məlum canlı orqanizmlərin molekulyar onurğasının təbiətini daha yaxşı öyrənilər, çünki onlar Yer kürəsinin planetar qonşusunda həyatın olub-olmadığı sualına cavab axtarırlar.
Hafta.az xəbər verir ki, yeni tədqiqat rover tərəfindən keçən il çöküntü süxurunda tapılan üzvi karbonun strukturunu təsvir edir. Bu üzvi karbon potensial biosiqnaturanı - keçmiş mikrob həyatının mümkün əlamətini ehtiva edir. Ehtimal olunur ki, bu palçıq daşı 3,2 ilə 3,8 milyard il əvvəl Marsın şimal yarımkürəsindəki “Jezero” kraterində artıq yoxa çıxmış su hövzəsinin altında əmələ gəlib.
Üzvi karbon Marsda həyatın olub-olmadığına dair ipucu ola bilər, çünki o, DNT, hüceyrələr və zülallar yaradan molekullar üçün kimyəvi təməl rolunu oynayır. Lakin onun mövcudluğu həyatın sübutu deyil, çünki üzvi karbon, həmçinin qaya və su arasındakı kimyəvi qarşılıqlı təsir kimi qeyri-bioloji proseslərdə də yarana bilər.
“Jezero” kraterində – “Çeyava şəlaləsi” və “Valhalla Qleyds”də tapılan iki qayada üzvi karbonun aşkarlanması keçən il elan edilib. Tədqiqatçılar onlardan birində potensial biosiqnaturanın kəşf edildiyini bildiriblər.
Arizonadakı Planetar Elmlər İnstitutunun alimi, “Science Advances” jurnalında dərc olunan yeni tədqiqatın həmmüəllifi Eşli Mörfinin sözlərinə görə, rover tərəfindən təxminən 100 metr məsafədə iki qayadan nümunələr götürülüb.
Keçənilki kəşfdən sonra NASA Çeyava şəlaləsi qayasının şəklini yayımladı və orada bəbir ləkələrinə bənzər halqavarı xüsusiyyətlər, eləcə də xaşxaş toxumlarına oxşar tünd izlər var.
Alimlər bildirirlər ki, Yer üzündəki bu cür xüsusiyyətlər mikrob fəaliyyəti ilə əlaqələndirilə bilər. Potensial biosiqnatura bioloji mənşəli ola bilən, lakin həyatın olmaması və ya mövcudluğu barədə nəticə çıxarmaq üçün daha çox məlumata və ya əlavə tədqiqata ehtiyacı olan bir maddə və ya quruluş kimi müəyyən edilir./“Reuters”/