ABŞ Dövlət Departamenti Çini silahlara nəzarət məsələləri üzrə dialoqda fəal iştirak etməyə çağırıb.
Hafta.az xəbər verir ki, bu mövqe Çinin Sakit okeanda sualtı qayıqdan qitələrarası ballistik raketin sınaq buraxılışından sonra iyulun 6-da Dövlət Departamentinin yaydığı açıqlamada öz əksini tapıb.
ABŞ tərəfi döyüş başlığı daşımayan raketin buraxılışını izlədiyini təsdiqləyib və silahlara nəzarət sahəsində konstruktiv dialoqun vacibliyini vurğulayıb. Vaşinqton, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında qitələrarası ballistik raketlərin və kosmik aparatların buraxılışları barədə əvvəlcədən məlumatlandırma mexanizminin tətbiqini dəstəklədiyini bildirib.
Çin Müdafiə Nazirliyi isə raket buraxılışının illik hərbi təlimlərin tərkib hissəsi olduğunu, beynəlxalq normalara uyğun həyata keçirildiyini və maraqlı dövlətlərin əvvəlcədən məlumatlandırıldığını açıqlayıb. Pekin sınaqların hər hansı konkret ölkəyə qarşı yönəlmədiyini vurğulayıb.